featured-image-1995

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Uotford” üzərində qələbədən (5:1) sonra Aleksandr Zinçenko haqqında müsbət fikirlər səsləndirib.

Msport.az “Goal.com”a istinadən xəbər verir ki, dünən matçın sonuna qədər meydanda olan ukraynalı müdafiəçi Qabriel Jezusa məhsuldar ötürmə də verib.

“İndi Aleksandr üçün heç də asan dövr deyil. Onun yaxınlarının yaşadığı ölkədə baş verənlər…İnsanlar artıq Ukraynanı unutmağa başlayırlar. Biz artıq o barədə danışmağı dayandırmışıq. Onlara dəstək üçün bayraqları da görmürəm artıq. Zinçenko isə bunu hər gün yaşayır.

Onun üçün belə çətin dönəmdə çox keyfiyyətli oyun nümayiş etdirdi. Qol ötürməsi verdi. Komanda yoldaşları da onu yüksək qiymətləndirirlər”.

Bənzər xəbərlər