“İnter” Çalhanoğlu ilə bağlı qərarını verdi
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu bu yay komandadan ayrılmayacaq.
Msport.az xəbər verir ki, türkiyəli futbolçunun hazırkı müqaviləsinin müddəti gələn ilin yayında başa çatsa da, “neradzurri” onu cari transfer pəncərəsində buraxmaq niyyətində deyil.
Milan təmsilçisi yarımmüdafiəçi ilə müqavilənin uzadılması məsələsini mövsümün ortalarına – dekabr və ya yanvar aylarına yaxın müzakirə etməyi planlaşdırır.
Hakan Çalhanoğlu 2021-ci ildən “İnter”in formasını geyinir. 32 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə keçirdiyi 30 oyunda 12 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.







