“İnter”də yeni müdafiəçi
İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, A Seriyası təmsilçisi “Kalyari”dən Raul Bellanovanı icarəyə götürüb.
Bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Sözləşmədə icarədən sonra satın almaq hüququna dair bənd də var.
Bellanova 2021-ci ildən “Kalyari”də oynayırdı. O, ötən mövsüm İtaliya çempionatında 31 matçda 1 qol vurub və 2 qol ötürməsi verib.
“İnter” öz oyunçularından Martin Satrianonu da “Empoli”yə icarə verib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Uruqvaydan olan 21 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna qədər “Empoli”də forma geyinəcək.