featured-image-81448

İtaliyalı yarımmüdafiəçi Davide Frattezi “İnter”dən “Latsio”ya keçib.

Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu icarə əsasında paytaxt klubunun şərəfini qoruyacaq.

Əgər Frattezi yeni mövsümdə 22 oyun keçirsə və Roma klubu A seriyasında ən azı 10-cu yeri tutsa, “Latsio” onun transfer hüquqlarına yiyələnə biləcək. “Latsio” bəribaşdan “İnter”ə 1 milyon avro, əgər transfer hüquqlarını alsa, daha 14 milyon ödəyəcək.

İtaliya millisinin üzvü ötən mövsüm “İnter”də 33 oyunda meydana çıxıb. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər