“İnter” Dimarkonun müqaviləsini uzadır
“İnter” müdafiəçisi Federiko Dimarko ilə müqaviləni uzatmağa hazırlaşır.
Msport.az xəbər verir ki, Milan klubu futbolçunun müqaviləsində yer alan uzatma bəndini işə salmağı planlaşdırır.
Dimarkonun 2027-ci ilin yayına qədər nəzərdə tutulan hazırkı sözləşməsi 2028-ci ilə qədər uzadılacaq. “İnter” 28 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq yeni anlaşma imzalamaq niyyətindədir.
Qeyd edək ki, Dimarko ötən mövsüm “İnter”in heyətində keçirdiyi 47 matçda 8 qol vurub, 18 məhsuldar ötürmə edib.







