"İnter"ə ağır zərbə - "Milan" çempion?
İtaliya A Seriyasında 20-ci turdan təxirə salınmış oyunlar keçirilib. Msport.az xəbər verir ki, səfərdə “Fiorentina” ilə qarşılaşan “Udineze” 4 cavabsız qolla qalib gəlib. 8 qolun qeydə alındığı “Atalanta” – “Torino” matçında qalib müəyyənləşməyib.
Çempionluq uğrunda mübarizə aparan “İnter” isə “Bolonya” səfərində ağır zərbə alıb. Milan təmsilçisi bu oyunda qələbə qazansaydı, əzəli rəqibi lider “Milan”ı qabaqlayaraq vahid liderl olacaqdı. Hesabı “İnter” açsa da, “Bolonya” qalan dəqiqələrdə iki qol vurmaqla əzmkar qələbə qazanıb və “Milan”a çempionluq yolunda böyük bir yol açıb.
Beləliklə, bu nəticələrdən sonra “Milan” 74 xalla birinci, “İnter” 72 xalla ikincidir. “Fiorentina” 56 xalla 7-ci, “Atalanta” 55 xalla 8-ci, “Torino” 44 xalla 11-ci, “Udineze” 43 xalla 12-ci, “Bolonya” isə 42 xalla 13-cü pillədə qərarlaşıb.
İtaliya A Seriyası
20-ci turun oyunları
27 aprel
Fiorentina – Udineze 0:4
Qol: Mari, 12. Deulofeu, 36. Uollas, 90+1. Udoqi, 90+5.
Atalanta – Torino 4:4
Qol: Muriel, 18-pen; 84-pen. De Roon, 23. Paşaliç, 78 – Sanabriya, 4. Lukiç, 36-pen; 63-pen. Freuler, 67-öz qapısına.
Bolonya – İnter 2:1
Qol: Arnautoviç, 28. Sansone, 81 – Perişiç, 3.