featured-image-78144

“İnter” klubuna çempionluq kuboku təqdim olunub.

Msport.az xəbər verir ki, İtaliya A seriyasının 37-ci turunda Milan təmsilçisi öz meydanında “Verona” ilə heç-heçə edib – 1:1.

47-ci dəqiqədə Andrias Edmundsson topu öz qapısından keçirərək meydan sahiblərini hesabda önə keçirib.  Lakin “Verona” 90+1-ci dəqiqədə Kiron Bouinin qolu ilə bərabərliyi təmin edib.

Matçdan sonra “İnter”ə çempionluq kuboku təqdim olunub. “İnter” ən yaxın izləyicisi “Napoli”ni 14 xal qabaqlayır.

Bənzər xəbərlər