featured-image-77078

“İnter”in rəhbərliyi “Atletiko”nun baş məşqçisi Dieqo Simeone ilə əlaqə saxlayaraq onu komandaya dəvət etmək ehtimalının olub-olmadığını öyrənib.

Msport.az xəbər verir ki, argentinalı mütəxəssis İtaliya klubunun rəhbərlərinin hədəfindədir. “İnter” eyni vaxtda hazırkı baş məşqçi Kristian Kivu ilə müqavilənin uzadılması üçün danışıqlar aparır.

Simeone 1997-ci ilin iyulundan 1999-cu ilin iyuluna qədər “İnter”də oynayıb. Argentinalı mütəxəssis 2011-ci ilin yanvarından iyununa qədər İtaliyanın “Kataniya” klubunu çalışdırıb.

Bənzər xəbərlər