featured-image-79157

“İnter” yay transfer pəncərəsində “Real” və Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etməyi düşünür.

Msport.az xəbər verir ki, İtaliya klubu 23 yaşlı futbolçu ilə bağlı vəziyyəti izləyir.

Kamavinqanın “Real”la müqaviləsi 2029-cu ilin yayına qədərdir. Madrid klubu fransız yarımmüdafiəçi alınacağı təqdirdə təklifləri nəzərdən keçirməyə hazırdır.

2025/2026 mövsümündə Kamavinqa bütün yarışlarda 43 oyunda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib. Fransız futbolçu “Renn”dən transfer olunduqdan sonra 2021-ci ildən “Real Madrid”də çıxış edir. Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.

Bənzər xəbərlər