featured-image-70462

Müdafiəçi Jordi Alba cari MLS mövsümünün sonunda karyerasını başa vuracağını açıqladıqdan sonra “İnter Mayami” keçmiş “Real” və “Mançester Yunayted” müdafiəçisi Serxio Regilonu transfer etməyi düşünür.

Msport.az xəbər verir ki, Regilon “Tottenhem”in heyətində ötəm mövsüm 6 oyun keçirib və qol vurmayıb.

Müdafiəçi daha əvvəl “Real”, “Atletiko”, “Sevilya”, “Mançester Yunayted” və “Brentford”da çıxış edib. Regilon İspaniya millisində də 6 oyun keçirib.

Albanın müqaviləsi 2027-ci ilə qədərdir. Buna baxmayaraq, ispaniyalı karyerasını bitirmək qərarına gəlib. Müdafiəçi bu mövsüm Şimali Amerika Liqasında 28 matçda 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər