featured-image-81935

“İnter Mayami”nin yeni baş məşqçisinin adı açıqlanıb.

Msport.az xəbər verir ki, MLS təmsilçisi Kili Qonsaleslə razılığa gəlib.

Bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb. Qonsales müvafiq iş icazəsini aldıqdan sonra vəzifəsinin icrasına başlayacaq. Həmin vaxta qədər komandaya hazırkı baş məşqçi Qilyermo Hoyos rəhbərlik edəcək.

“İnter Mayami” hazırda MLS-də 39 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Mayami təmsilçisində Lionel Messi, Luis Suares, Karlos Kasemiro kimi ulduz futbolçular çıxış edir.

Bənzər xəbərlər