“İnter” səfərdə, “Milan”la “Yuventus” doğma meydanda qalib gəldi
Futbol üzrə İtaliya A Seriyasında 35-ci turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, bazar günü daha beş qarşılaşma baş tutub.
“Roma” – “Bolonya” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Empoli” – “Torino” matçı qonaqların qələbəsiylə yekunlaşıb. “Yuventus” “Venesiya” ilə ev oyunundan qələbə ilə ayrılıb. Lider “Milan” bu turda “Fiorentina” ilə üz-üzə gəlib. Milan təmsilçisi bu oyunda minimal hesabla üstün olub. Çempionluq yarışında “Milan”ın əsas rəqibi olan “İnter”i isə bu turda “Udineze” ilə qarşılaşmada çətin qələbəyə sevinib.
İtaliya A Seriyası
35-ci tur
30 aprel
Kalyari – Verona 1:2
Qol: J.Pedro, 57 – Barak, 8. Kaprari, 44.
Napoli – Sassuolo 6:1
Qol: Kulibali, 7. Osimhen, 15. Lozano, 19. Mertens, 21; 54. Rrahmani, 80 – M.Lopes, 87.
Sampdoriya – Cenoa 1:0
Qol: Sabiri, 25.
Spetsiya – Latsio 3:4
Qol: Amian, 9. Aqudelo, 35. Hristov, 56 – İmmobile, 33-pen. Provedel, 54-öz qapısına. Milinkoviç-Saviç, 68. Açerbi, 90.
1 may
Yuventus – Venesiya 2:1
Qol: Bonuççi, 7; 76 – Aramu, 71.
Milan – Fiorentina 1:0
Qol: Leao, 82.
Empoli – Torino 1:3
Qol: Zurkovski, 56 – Belotti, 78-pen; 87-pen; 90+6.
Udineze – İnter 1:2
Qol: Pussetto, 72 – Perişiç, 12. L.Martines, 39.
Roma – Bolonya 0:0
2 may
22:45. Atalanta – Salernitana