featured-image-3045

“İnter” “Nitsa”nın yarımmüdafiəçisi Xefren Türamla maraqlanır.

Msport.az “Calciomercato”ya istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Fransa millisinin əfsanəvi müdafiəçisi Lilian Türamın oğludur. Milan klubu Türama Marselo Brozoviçin əvəzləyicisi gözü ilə baxır.

Xefren Türam bu mövsüm “Nitsa”da bütün turnirlərdə 38 oyun keçirib. O, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı onun dəyərini 14 milyon avro olaraq göstərib.

Bənzər xəbərlər