featured-image-4312

“İnter” “Yuventus”u azad agent kimi tərk edən Paolo Dibalanın transferini yaxın saatlarda rəsmiləşdirəcək.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira öz “tviter” səhifəsində paylaşım edib.

Milan klubunun rəhbərliyi bu gün futbolçunun nümayəndələri ilə görüşərək transferdə son nöqtəni qoyacaqlar.

28 yaşlı hücumçu 2015-ci ildən “Yuve”də çıxış edirdi. Argentina millisinin üzvü Turin klubunun heyətində 293 oyunda 115 qol vurub və 48 məhsuldar ötürmə verib. Dibala 5 dəfə A seriyasını, dörd dəfə İtaliya kubokunu və üç dəfə ölkə Superkubokunu qazanıb.

“Yuventus” Dibala ilə müqavilənin uzadılmasına dair ortaq məxrəcə gələ bilməmişdi.

Bənzər xəbərlər