featured-image-38016

AFFA İntizam Komitəsi (İK) “Qarabağ”ı cərimələyəcək.

İK-dən Msport.az saytına verilən məlumata görə, buna Ağdam klubunun yarımmüdafiəçisi Toral Bayramovun meydana komanda yoldaşı Marko Veşoviçin şortu ilə daxil olması səbəb olub.

Bildirilib ki, sosial şəbəkələrdə “köhlən atlar”a texniki məğlubiyyət veriləcəyi ilə bağlı xəbərlər dolaşsa da, bunlar həqiqəti əks etdirmir. Bayramovun fərqli şortla oynaması klubu sadəcə maddi baxımdan ziyana salacaq. Yəni, buna görə “Qarabağ” yalnız cərimələnəcək.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər xəbərlər