featured-image-1045

“İnter Mayami” klubunda çıxış edən Qonsalo İquain mövsümün sonunda karyerasını başa vuracağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Msport.az xəbər verir ki, 34 yaşlı hücumçu “Fox Sports”a açıqlamasında belə fikirdə olmadığını deyib:

“Atamın sözləri səhv başa düşülüb. Bir növ anlaşılmazlıq olub. Mən onunla heç vaxt karyeram haqda danışmamaışam. Bu məlumat doğru deyil. Hazırda bütün diqqətimi klubumdakı oyunlara yönəltmişəm. Karyeramı bitirmək istəyəndə bunu yalnız məndən eşidəcəksiniz. Məndən başqa heç kimdən”.

Qeyd edək ki, İquain karyerası ərzində “Real”, “Milan”, “Çelsi”, “Napoli”, “Yuventus” kimi məşhur klublarda oynayıb. O, 2009-2018-ci illərdə Argentina millisinin formasını geyinib. Futbolçu 2020-ci ildən “İnter Mayami”də çıxış edir.

Bənzər xəbərlər