featured-image-78372

İran milli komandası DÇ-2026 zamanı Meksikada qalacaq.

Msport.az ESPN-ə istinadən xəbər verir ki, FİFA iranlıların bazanı dəyişməklə bağlı xahişini qəbul edib. Öncədən komandanın Tusonda (Arizona, ABŞ) qalması planlaşdırılırdı. Lakin siyasi məsələlərə görə, İran yığması Meksikanın sərhəddə yerləşən Tixuan şəhərini seçib.

Bu dəyişiklik nəticəsində viza ilə bağlı problemlər aradan qaldırılacaq, İran Air-in reysləri ilə Meksikaya birbaşa uçmaq da olacaq.

İran qrup mərhələsinin ilk iki görüşünü iyunun 15-də Yeni Zelandiya və 21-də Belçika ilə Los-Ancelesdə keçirəcək. İyunun 26-da isə komanda Sietldə Misirlə qarşılaşacaq.

 

Bənzər xəbərlər