featured-image-79517

İran Futbol Federasiyası FİFA-ya rəsmi müraciət göndərib.

Msport.az xəbər verir ki, dünya futbol qurumu öncədən 26 iyuna təsadüf edəcək dünya çempionatının 3-cü turunun oyununun LGTB-yə həsr olunacağını açıqlamışdı.

İyunun 27-də Bakı vaxtı ilə səhər saat 7-də İran və Misir milliləri qarşılaşacaqlar.

“İran Futbol Federasiyası bu məsələyə çox ciddi yanaşır və öz mövqeyini FİFA-ya bildirib. iran və Misir dərin mədəni və dini dəyərləri paylaşan iki müsəlman ölkəsidir. Hər iki federasiyanın ifadə etdiyi fikirlər bu iki ölkənin əhalisinin bölüşdüyü əqidələri əks etdirir. Bizim mövqeyimiz ondan ibarətdir ki, stadionda bu hərəkatla bağlı heç bir mərasim və tanıtım tədbirləri keçirilməməlidir”.

 

 

Bənzər xəbərlər