İrlandiyalı qapıçı son 3 penaltini dəf edib
Irlandiya millisinin qapıçısı Kivin Kelleher son 3 oyunda penalti zərbələrini dəf edib. Msport.az xəbər verir ki, o, son olaraq DÇ-2026-nın seçmə mərhələsində Portuqaliya ilə oyunda (0:1) Kriştianu Ronaldonun vurduğu topu qaytarıb.
“Brentford”un da qapısını qoruyan futbolçu bunadək İngiltərə Premyer Liqasında “Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeş (2025) və Çempionlar Liqasında “Real”ın forvardı Kilian Mbappenin (2024) zərbələrini dəf edib.
26 yaşlı Kelleher bu yay “Brentford”a keçib. İrlandiyalı əlcək sahibi bundan öncə “Liverpul”un şərəfini qoruyub.