featured-image-1182

Şüvəlanda yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatında ilk yarış günü başa çatıb.

Msport.az xəbər verir ki, yarışda 100-dən çox atlet qüvvəsini sınayır.

Kişilər arasında bu gün körpücük üzərinə son olaraq çəkisi 67 kq-a qədər olan idmançılar çıxıblar. Toplam 270 kq (125+145) çəkinin öhdəsindən gələn İsa Rüstəmov qızıl medala sahib çıxıb. Toplam 260 kq (115+145) nəticə ilə Ravin Alməmmədov ikinci, toplam 223 kq (100+123) nəticə ilə Rəhim Kazımov üçüncü yeri tutublar.

 

Bənzər xəbərlər