featured-image-65063

Millimizin DÇ-2026-nın seçmə mərhələsindəki daha bir oyununun yeri müəyyənləşib.

Msport.az xəbər verir ki, komandamız D qrupundakı mübarizəyə Reykyavikdə başlayacaq.

Fernandu Santuşun yetirmələri sentyabrın 5-də, I tur çərçivəsində İslandiyanın qonağı olacaq. “Lauqardalsvollur” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, millimiz İslandiya səfərindən 4 gün sonra Tofiq Bəhramov adına Respublika stadionunda Ukraynanı qəbul edəcək.

 

Bənzər xəbərlər