featured-image-77755

“Atletik Bilbao” yeni baş məşqçisinin adını açıqlayıb.

Msport.az xəbər verir ki, bu barədə Bask klubunun rəsmi saytı məlumat yayıb.

“Atletik” Edin Terziçlə 2028-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Terziçin son iş yeri “Borussiya Dortmund” olub. Almaniyalı mütəxəssis 2018-2014-cü illərdə bu klubda köməkçi, baş məşqçi və texniki direktor kimi çalışıb.

43 yaşlı məşqçi “Vest Hem” və “Beşiktaş” klublarını da çalışdırıb.

Qeyd edək ki, Ernesto Valverde cari mövsümün sonunda Bilbao təmsilçisinin baş məşqçi postundan ayrılacaq.

Bənzər xəbərlər