featured-image-70556

İspaniya millisinin yarımmüdafiəçisi Dani Olmo zədə səbəbindən DÇ-2026-nın seçmə mərhələsinin Gürcüstan və Bolqarıstanla oyunlarını buraxacaq.

Msport.az xəbər verir ki, “Barselona”nın futbolçusu artıq klubun düşərgəsinə qayıdıb.

İspaniya Futbol Federasiyasının yaydığı məlumatda deyilir ki, Olmo məşq zamanı sol ayağında əzələ ağrıları hiss edib. Tibbi müayinədən sonra futbolçunun düşərgəni tərk etməsi məsləhət bilinib.

 

Bənzər xəbərlər