İspaniya millisinin daha bir futbolçusu DÇ-2026-dan kənarda qaldı
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes DÇ-2026-da iştirak edə bilməyəcək.
Msport.az xəbər verir ki, İspaniya millisinin üzvü La Liqanın 37-ci turunda “Betis”lə oyunda (3:1) zədələnib.
23 yaşlı futbolçuya sağ ayağın beşinci metatarsal sümüyünün sınığı diaqnoz qoyulub. Fermin Lopesin əməliyyat olunacağı gözlənilir.
Qeyd edək ki, zədə səbəbindən İspaniya millisinin digər üzvləri – Dani Karvahal və Alvaro Morata da mundialda iştirak edə bilməyəcəklər.
İspaniya yığmasının yekun heyəti mayın 25-də açıqlanacaq.







