featured-image-79431

DÇ-2026-nın 3-cü turunda Uruqvayla matça hazırlaşan İspaniya millisinin məşqi yarımçıq qalıb.

Msport.az xəbər verir ki, komandanın məskunlaşdığı Tennessi ştatının Çattanoqa şəhərində keçirilən məşq güclü külək səbəbindən vaxtından əvvəl dayandırılıb.

Futbolçular meydançaya çıxsalar da, cəmi 20 dəqiqədən sonra məşqi tərk etməli olublar. Məşqdən əvvəl ərazidə olan hər kəsin telefonuna fırtına və saatda 130 kilometrə çatan külək barədə xəbərdarlıq mesajı göndərilib.

Buna baxmayaraq, meydançanın məxsus olduğu Beylor məktəbinin nümayəndələri əvvəlcə məşqin keçirilməsinə icazə veriblər. Futbolçular məşq zamanı 30 yaşı tamam olan Rodri və Mikel Merinonu, həmçinin 65 illik yubileyini qeyd edən baş məşqçi Luis de la Fuenteni təbrik etməyə də vaxt tapıblar.

Lakin qısa müddət sonra güclü yağış başlayıb və komanda hazırlığı idman zalında davam etdirmək məcburiyyətində qalıb.

Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Uruqvay yığması ilə qarşılaşacaq. Oyun iyunun 27-də keçiriləcək.

Bənzər xəbərlər