featured-image-79047

İspaniya millisinin heyətində Olimpiya oyunlarının mükafatçisi olmuş “Elçe”nin futbolçusu Rafa Mir zorlamaya görə 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

Msport.az xəbər verir ki, o, bu ittihamla razılaşmır və hadisənin xanımların istəyi ilə baş verdiyini deyir. Lakin məhkəmə bununla razılaşmayaraq, hücumçunun günahkar olduğu qənaətinə gəlib.

Hadisədə ittiham olunan ikinci şəxs daha az cəza alıb, o, 2 il azadlıqdan məhrum edilib.

Hökm hələ qanuni qüvvəyə minməyib və Rafa Mirin məhkəmənin qərarından apellyasiya şikayəti vermək hüququ var. Məhkəmə həbs cəzasından əlavə futbolçunu 64 min avro məbləğində cərimə edib.

Qeyd edək ki, Rafa Mirin işi üzrə istintaq bir neçə il davam edib. O, ilk dəfə 2024-cü ildə polis tərəfindən saxlanılıb.

Mətbuatda yayılan məlumata görə, zorlama hadisəsi futbolçunun evində keçirilən partidə baş verib. Rafa Mir və onun komanda yoldaşı iki qadına təcavüz etməkdə günahlandırılıblar.

R.Mir karyerası ərzində “Valensiya”, “Sevilya”, “Vulverhempton”, “Nottinqem Forrest” kimi klublarda çıxış edib.

Bənzər xəbərlər