featured-image-70452

İspaniya Superkubokunun yarımfinal mərhələsinin təqvimi və oyun cədvəli açıqlanıb.

Msport.az xəbər verir ki, qarşılaşmalar növbəti dəfə Səudiyyə Ərəbistanında, Ciddədə keçiriləcək.

“Barselona” – “Atletik” yarımfinalı 7 yanvar 2026-cı il tarixində, “Atletiko” – “Real” matçı isə ertəsi gün, yanvarın 8-də olacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Turnirin finalı bazar günü, yanvarın 11-də baş tutacaq və hər iki yarımfinal kimi, saat 22:00-da başlayacaq. Hər üç qarşılaşma “Alinma” stadionunda keçiriləcək.

Qeyd edək ki, Superkubokun ötənilki sahibi “Barselona”dır. Ciddə artıq üçüncü dəfədir ki, İspaniya Superkuboku oyunlarına ev sahibliyi edir.

Bənzər xəbərlər