İspaniya və İtaliya çempionatlarının oyunları ölkə xaricində keçiriləcək
UEFA İspaniya və İtaliya çempionatlarının iki oyununun bu ölkələrdən kənarda keçirilməsini təsdiqləyib.
Msport.az xəbər verir ki, daha əvvəl İspaniya Kral Futbol Federasiyası “Barselona” və “Vilyarreal” arasında matçın Mayamidə keçirilməsi ilə bağlı sorğu göndərib, İtaliya Futbol Federasiyası isə “Milan” – “Komo” oyununun Avstraliyada keçirilməsi ideyasını təsdiqləyib.
Qeyd edək ki, “Barselona” və “Vilyarreal” arasında oyun dekabrın 21-nə, “Milan” – “Komo” görüşü isə fevralın 6-na planlaşdırılır.