featured-image-80399

PSJ yarımmüdafiəçisi Fabian Ruislə yeni müqavilə imzalayıb.

Msport.az xəbər verir ki, 30 yaşlı ispaniyalı futbolçu ilə yeni müqavilə 3 il müddətinə nəzərdə tutulub.

Razılaşmada daha bir 1 uzatma variantı da yer alacaq.

Fransa çempionu mərkəz müdafiəçisi Vilyan Paço ilə də eyni şərtlərlə müqaviləni yeniləməyi planlaşdırır.

Qeyd edək ki, Fabian Ruis 2022-ci ilin yayında “Napoli”dən 23 milyon avro qarşılığında PSJ-yə keçib. O, ötən mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər