İspaniyalı müdafiəçi “Çelsi”də - RƏSMİ
İspaniyalı müdafiəçi Pep Çavarria karyerasını “Çelsi”də davam etdirəcək.
Msport.az xəbər verir ki, 28 yaşlı futbolçu ilə 2031-ci ilə qədər müqavilə bağlanıb.
Müdafiəçi 2022-ci ildən “Rayo Valyekano”da çıxış edib. O, İspaniya çempionatının 2025/2026 mövsümündə 33 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Pep Çavarria əvvəllər İspaniyanın “Saraqosa”, “Olot” və “Fiquras” klublarının da formasını geyinib.







