featured-image-14565

Yunanıstan “Olimpiakos”unun futbolçusu Qonsalo Avila Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununu buraxa bilər.

Msport.az xəbər verir ki, buna səbəb ispaniyalı müdafiəçinin səfərdə OFİ klubuna 2:1 hesabı ilə qalib gəldikləri Superliqanın VII tur matçında zədələnməsidir.

39-cu dəqiqədə dizindən zədə alan 24 yaşlı oyunçu görüşü davam etdirə bilməyib və Marios Vrusayla əvəzlənib. Onun durumuna bu gün aydınlıq gələcək.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” qarşılaşması saat 20:45-də başlayacaq. Ağdam klubu səfərdəki oyunda rəqibini darmadağın edib – 3:0.

Bənzər xəbərlər