İstanbul derbisində heç-heçə
Futbol üzrə Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilir. Msport.az xəbər verir ki, bazar günü daha üç qarşılaşma baş tutub.
Turun mərkəzi oyunu İstanbulda keçirilib. İstanbul derbisində “Beşiktaş”la “Fənərbaxça” üz-üzə gəlib. Hər iki komandanın qələbəyə ehtiyacı vardı. Lakin yekunda tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
“Altay” – “Girəsunspor” matçında da oxşar nəticə qeydə alınıb. Səfərdə “Yeni Malatyaspor”la qarşılaşan “Rizəspor” isə meydanı inamlı qələbə ilə tərk edib.
Türkiyə Super Liqası
36-cı tur
6 may
Hatayspor – Trabzonspor 1:1
Qol: M.Diuf, 90+6 – Djanini, 48.
Qaziantep – Kayserispor 1:1
Qol: Maksim, 27 – İ.Parlak, 26.
7 may
Sivasspor – Kasımpaşa 1:3
Qol: Feliks, 90+2 – E.Elmalı, 58. Eysserik, 73. U.Bozok, 77.
Fatih Karagümrük – Göztəpə 3:1
Qol: Borini, 31. E.Mor, 51. B.Bekaroğlu, 64 – Baku, 47.
Başakşəhər – Qalatasaray 0:0
Adana Dəmirspor – Alanyaspor 1:2
Qol: Belhanda, 32 – T.Sanuc, 20-öz qapısına. E.Akbaba, 76.
8 may
Altay – Girəsunspor 1:1
Qol: Kappel, 60 – U.Nayir, 30.
Yeni Malatyaspor – Rizəspor 1:3
Qol: R.Çağıran, 45+1 – A.Umar, 7. Y.Sarı, 10. Pohjanpalo, 64.
Beşiktaş – Fənərbaxça 1:1
Qol: Gezzal, 31-pen – Novak, 6.
9 may
21:00. Antalyaspor – Konyaspor