“İstəyir Mourinyonu “like” eləsin, istəyir Culia Robertsi”
“Real”ın hücumçusu Kilian Mbappe sosial şəbəkədə Joze Mourinyonun Madrid klubuna qayıda biləcəyi ilə bağlı paylaşımı bəyənib.
Mspot.az xəbər verir ki, kollajda 2012-ci ildə portuqaliyalı məşqçi Kriştiano Ronaldo və Mesut Özil, 2026-cı ildə isə Mbappe və Arda Gülerlə təqdim olunub.
Məsələyə “Real”ın baş məşqçisi Alvaro Arbelo da münasibət bildirib: “Mənə fərqi yoxdur, Mbappe kimə “like” qoyur. İstəyir Mourinyonu “like” eləsin, istəyir Culia Robertsi”.
Qeyd edək ki, mövsümün sonunda Arbeloanın postundan göndəriləcəyinə dair xəbərlər gəzir.







