featured-image-82167

“Torino” İsveçrə millisinin müdafiəçisi Rikardo Rodrigeslə müqavilə imzalayıb.

Msport.az xəbər verir ki, 34 yaşlı futbolçu ilə 1 illik sözləşmə bağlanıb.

Müdafiəçi “Betis”lə müqavilə müddəti başa çatdıqdan sonra, iyulun 1-dən azad agent idi. “Transfermarkt” portalı onun dəyərini 1,4 milyon avro qiymətləndirir.

Rodriges 2020-2024-cü illərdə də “Torino”nun şərəfini qoruyub. O, Turin təmsilçisinin heyətində keçirdiyi 129 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər