İtaliya İranı əvəz edə bilər? - FİFA prezidenti münasibət bildirdi
FİFA prezidenti Canni İnfantino DÇ-2022-də İranı İtaliyanın əvəz edə bilməsi ilə bağlı yayılan söz-söhbətə münasibətini bildirib.
Msport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, futbol funksioneri bunu istisna edib: “Gəlin, ciddi olaq, zəhmət olmasa”.
İnfantino İtaliya millisinin dünya çempionatında olmamasına görə, ağlamaq istədiyini deyib. Ancaq o, heç bir dəyişiklik olmayacağını vurğulayıb.
Qeyd edək ki, İtaliya mətbuatında İranda qadınların stadiona buraxılmamasına görə, FİFA-nın bu ölkənin komandasına sanksiya tətbiq edəcəyi barədə məlumat yayılmışdı.