İtaliya klubunun futbolçusu itkin düşüb
“Leççe” klubunun hücumçusu Lamek Banda komanda ilə əlaqəni kəsib.
Msport.az xəbər verir ki, Zambiya millisinin 24 yaşlı oyunçu Avstriyada keçirilən təlim-məşq toplanışına qatılmayıb.
Futbolçu bunu sənədlərlə bağlı problem yaranması ilə əlaqələndirsə də, sonradan klubun zəng və mesajlarına cavab verməyi dayandırıb.
2025/2026 mövsümü ərzində Səudiyyə Ərəbistanının “Əl-Fateh” klubu Bandanı transfer etmək istəsə də, keçid baş tutmayıb.







