featured-image-70814

“Çelsi”, “Liverpul”, “Milan” kimi klublarda oynamış Fabio Borini İngiltərənin Liqa-2 (səviyyəcə dördüncü liqa) çempionatında çıxış edcək.

Msport.az xəbər verir ki, İtaliya millisinin sabiq üzvü “Solford” komandası ilə müqavilə bağlayıb.

Qeyd edək ki, bu klubun sahibləri arasında  İngiltərə yığmasının sabiq üzvləri Hari Nevil və Devid Bekhem də var.

34 yaşlı futbolçu yaydan bu yana azad agent statusuna malik idi. “Solford” artıq Borinini qeydiyyatdan keçirib.

O, yeni komandasında 16 nömrəli formada çıxış edəcək.

Bənzər xəbərlər