İtaliya və Türkiyə Dünya çempionatından kənarda qaldı
DÇ-2022-də pley-off oyunlarına start verilib.
Msport.az xəbər verir ki, əvvəlcədən 6 qarşılaşmanın keçirilməsi planlaşdırılsa da, bu gün 4 matç oynanılıb. FİFA Ukraynadakı müharibə səbəbindən Rusiya millisini yarışdan kənarlaşdırıb. Ruslara texniki məğlubiyyət verildiyi üçün Polşa finala vəsiqə qazanıb. Ukrayna – Şotlandiya matçı isə iyuna təxirə salınıb.
C yolunda Türkiyə millisi səfərdə Portuqaliyanın qonağı olub və 1:3 hesabı ilə uduzub. Avropa çempionatının son qalibi İtaliya isə Şimali Makedoniyaya gözlənilmədən məğlub olub – 0:1.
Uels Avstriyaya 2:1 hesabı ilə qalib gəlib. İsveç isə Çexiyanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra Portuqaliya, Şimali Makedoniya, Uels və İsveç pley-offun finalına vəsiqə qazanıblar.
Qeyd edək ki, pley-off mərhələsində hər qrupda 1 görüşdən ibarət yarımfinal və final oyunları keçirilir. Final görüşləri 28-29 martda olacaq.
DÇ-2022
Pley-off mərhələsi, Yarımfinal
A yolu
Uels – Avstriya – 2:1
Qollar: Beyl, 25 (1:0), 51 (2:0), Davies, 64-avtoqol (2:1)
B yolu
İsveç – Çexiya – 1:0
Qol: Kvayson, 110
C yolu
İtaliya – Şimali Makedoniya – 0:1
Qol: Traykovski, 90+2
Portuqaliya – Türkiyə – 3:1
Qollar: Otavio, 15 (1:0), Jota, 42 (2:0), Burak Yılmaz, 65 (2:1), Luiz, 90+4
Reallaşdırılmayan penalti: Burak Yılmaz, 85 (Türkiyə)
Final cütlükləri
Uels – Şotlandiya / Ukrayna cütünün qalibi
Portuqaliya – Şimali Makedoniya
Polşa – İsveç