İtaliyada ayın ən yaxşısı açıqlandı
İtaliya A Seriyasında may ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Msport.az xəbər verir ki, “İnter”in hücumçusu Lautaro ən yaxşı seçilib.
“Neradzurri”nin 28 yaşlı kapitanı mükafat uğrunda mübarizədə Armand Loriente (Sassuolo), Doniello Malen (Roma), Tejani Noslin (Latsio), Maduka Okoye (Udineze) və Duşan Vlahoviçi (Yuventus) qabaqlayıb.
Bir ay meydandan kənar qalmasına səbəb olan zədədən sonrakı üç matçda Lautaro bir qol vurub və iki məhsuldar ötürmə edib.







