featured-image-2573

2022-2023-cü illər mövsümündə İtaliyanı Çempionlar Liqasında təmsil edəcək bütün klublar məlum olub.

Msport.az xəbər verir ki, “Roma” A seriyasının 35-ci turunda “Bolonya”nı məğlub edə bilməyib – 0:0.

59 xalla 5-ci yeri tutan Joze Mourinyonun komandası 69 xalla 4-cü pillədə olan “Yuventus”a çatmaq şansını itirib.

Beləliklə, növbəti mövsüm Çempionlar Liqasında İtaliyadan çıxış edəcək klublar “Milan”, “İnter”, “Napoli” və “Yuventus” olacaq.

 

Bənzər xəbərlər