featured-image-4328

UEFA prezidenti Aleksandr Çefferin İtaliyanın 2032-ci ildə keçiriləcək Avropa çempionatını qəbul etmək istəməsindən danışıb.

Msport.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, AÇ-2032-nin təşkilatçılığına Türkiyə və Rusiya da iddia edir:

“İtaliyanın AÇ-2032-yə ev sahibliyi etmək istəməsi ilə bağlı nə düşünürəm? Mən düşünürəm ki, İtaliya futbolla nəfəs alıb inkişaf edən ölkədir. Bu, diplomatik açıqlama deyil. Ona görə belə deyirəm ki, bu, hər gün gördüyüm mənzərədir.

İtaliyanın problemi ondadır ki, futbolu bu səviyyədə olan ölkənin infrastrukturu dəhşətli dərəcədə pisdir. İtaliya hökumətindən yeni infrastrukturun qurulması ilə bağlı dəstək gəlməsə, AÇ-2032-nin təşkili ilə bağlı problemləri yarana bilər”.

Bənzər xəbərlər