"Jirona"nın yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ
“Jirona”nın yeni baş məşqçisi müəyyənləşib.
Msport.az xəbər verir ki, İspaniya klubu Kike Alvareslə anlaşıb.
Əvvəl əvəzedici heyətə rəhbərlik edən mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Alvares “Jirona”nın B komandasının baş məşqçisi olmamışdan qabaq “Barselona” akademiyasında, həmçinin “Vilyarreal”, “Alaves” və “Levante” klublarında köməkçi kimi işləyib.







