Jiru Fransa millisinə qayıdacaq?
“Lill”in hücumçusu Olivye Jiru Fransa millisinə qayıda biləcəyi ilə bağlı xəbərləri şərh edib.
Msport.az xəbər verir ki, 39 yaşlı futbolçu məsləyə belə aydınlıq gətirib:
“Mənim qayıtmaq fikrim yoxdur. İndi 5 hücumçu var, bu, bəs edir və məşqçi məni çağırmır. O, bilir ki, mən artıq bu səhifəni qapatmışam. Əgər kömək etmək lazımdırsa, imtina etmək mənim xarakterimə uyğun deyil. Kömək üçün bunu edə bilərəm”.
Jiru Fransa yığmasında 137 oyunda 57 qol vurub.