Joan Laporta: "Artıq 2 transfer etmişik"
“Barselona”nın prezidenti Joan Laporta artıq iki futbolçu ilə anlaşdıqlarını bildirib.
Msport.az xəbər verir ki, Kataloniya klubunun rəhbəri ad çəkməyib:
“Biz artıq bəzi transferləri etmişik. Həmin futbolçuların müqavilə müddətləri başa çatırdı, ona görə də onlarla danışıq apara bilərdik. Müdafiəçi və yarımmüdafiəçi? Ola bilər. Mən indidən ad çəkmək istəmirəm”.
Qeyd edək ki, “Milan”ın yarımmüfadiəçisi Frank Kessie və “Çelsi”nin müdafiəçisi Andreas Kristensenin gələn mövsüm “Barsa”da çıxış edəcəyi gözlənilir.