featured-image-628

“Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo karyerasını İtaliya A seriyasında davam etdirə bilər. Msport.az xəbər verir ki, 30 yaşlı futbolçunun xidmətlərində “Milan” maraqlıdır.

“Rossonerlər” Jorjinyoya yayda komandanı tərk edıcık Frank Kessyenin əvəzləyicisi gözü ilə baxırlar.

“Çelsi” Jorjinyo ilə müqaviləni uzatmaq istəsə də, Roman Abramoviçin hesablarına qadağa qoyulması klubun planlarını dəyişdi. İtaliyalı futbolçunun London klubu ilə müqaviləsi 2023-cü ilin yayına kimidir.

Bu mövsüm İngiltərə Premyer Liqasında 24 oyunda meydana çıxan yarımmüdafiəçi 6 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər