Kabo-Verde millisinin futbolçusu “Turan Tovuz”da
“Turan Tovuz” növbəti transferini reallaşdırıb.
Msport.az xəbər verir ki, Kabo-Verde millisinin üzvü David Oliveyra Tavareş Tovuz klubu ilə anlaşıb.
26 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 3 illik müqavilə bağlayıb.
“Benfika”nın yetirməsi olan Tavareş son olaraq Rumıniya təmsilçisi “Buzau”nun formasını geyinib. O, Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikao” klublarının şərəfini qoruyub.