featured-image-81389

“Mançester Yunayted”in yay transfer pəncərəsində əsas hədəflərindən biri olan Eduardo Kamavinqanın transferi baş tutmaya bilər.

Msport.az xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisi “Real”ın 23 yaşlı yarımmüdafiəçisini heyətinə qatmaq üçün onun nümayəndələri ilə əlaqə saxlayıb.

Lakin futbolçu “Old Trafford”a keçmək istəmədiyini bildirib. “Mançester Yunayted” iyulda Kamavinqanın mümkün transferi ilə bağlı vəziyyəti öyrənib. Fransa millisinin üzvü isə bütün maraqlanan klublara Madrid təmsilçisində qalmaq istədiyini çatdırıb.

Kamavinqa 2026/27 mövsümünü “Real”da keçirməyə və baş məşqçi Joze Mourinyonun planlarında əsas rol uğrunda mübarizə aparmağa hazırlaşır.

Qeyd edək ki, Madrid klubunun təxminən 40 milyon avroluq təklif qarşılığında futbolçunun satışını nəzərdən keçirə biləcəyi deyilsə də, Kamavinqanın ayrılmaq istəməməsi mümkün danışıqların qarşısındakı əsas maneədir.

Bənzər xəbərlər