Kamavinqa Premyer Liqa yolunda
“Real”ın futbolçusu Eduardu Kamavinqa karyerasını İngiltərədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Mançester Yunayted” 23 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
“Qırmızı şeytanlar” fransalı oyunçunun klubu ilə də danışıqlara start verib.
Qeyd edək ki, Eduardu Kamavinqa 2025/2026 mövsümündə La Liqada 29 oyunda 1 qolla yadda qalıb.







