Kamran Ağayevin sabiq klubu dağılır
Portuqaliyanın “Boavişta” klubu fəaliyyətini dayandıracaq.
Msport.az xəbər verir ki, “Boavişta” artıq rəsmən müflis elan edilib.
Bildirilib ki, futbolçular artıq bir neçə aydır maaş almırlar. Klubun ağır maliyyə vəziyyəti səbəbindən Portuqaliya çempionatının dördüncü divizionuna yüksəlmək üçün müraciət etməyə belə icazə verilməyib.
Sözügedən komanda həvəskarlar divizionunda oynayıb, lakin ev stadionunun elektrik enerjisi xərclərini də ödəyə bilməyib. Nəticədə “Boavişta” bir neçə texniki məğlubiyyət alıb. “Boavişta” 1903-cü ildə təsis olunub. Komanda 2000/01 mövsümündə Portuqaliya çempionluğunu qazanıb. “Boavişta” Portuqaliya kubokunun beşqat, ölkə Superkubokunun isə üçqat qalibidir.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev 2016-2018-ci illərdə “Boavişta”nın formasını geyinib.







