featured-image-77954

“Atletiko”nun və ABŞ millisinin yarımmüdafiəçisi Conni Kardozo sağ topuğundan zədə aldıqdan sonra əməliyyat olunacaq.

Msport.az xəbər verir ki, Kardozo ötən həftə klubun məşqi zamanı zədə alıb.

24 yaşlı yarımmüdafiəçiyə oynaq zədəsi ilə birlikdə bağın ciddi şəkildə burxulması diaqnozu qoyulub. Kardozo tezliklə əməliyyat olunacaq.

Kardozonun sağalması üç aydan altı aya qədər çəkə bilər. Futbolçunun 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatını buraxması ehtimalı var. ABŞ milli komandası turnirin qrup mərhələsində Türkiyə, Paraqvay və Avstraliya ilə qarşılaşacaq.

Bənzər xəbərlər